“Yuventus”un sabiq futbolçusu Xuan Kuadradonun yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, 37 yaşlı futbolçu “Pisa”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kolumbiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Xuan son olaraq “Atalanta”da çıxış edib. O, Berqamo təmsilçisi ilə ötən mövsümdə 23 oyunda 2 məhsuldar ötürmə edib.
Kuadrado karyerası ərzində “Çelsi”, “Fiorentina”, “Yuventus”, “İnter” kimi klublarda forma geyinib.
“Pisa” yeni mövsümdə A Seriyasında mübarizə aparacaq.