AZ

Azərbaycan klublarının Konfrans Liqasında şansları – əmsallar açıqlandı

Bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində meydana çıxacaq Azərbaycan təmsilçilərinin oyunları üçün mərc əmsalları müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, “Araz-Naxçıvan”ın Kiprdə “Omoniya” ilə matçında qələbəsinə 3.74, rəqibin qalibiyyətinə 2.08, heç-heçəyə isə 3.42 əmsal verilir.

“Sabah”ın səfərdə “Levski” ilə görüşündə isə Bakı klubunun qələbəsinə 4.96, bolqarlara 1.78, heç-heçəyə isə 3.60 əmsal təklif olunub.

Bu göstəricilər təmsilçilərimizin az da olsa autsayder hesab edildiyini göstərir.

Xatırladaq ki, “Araz Naxçıvan” – “Omoniya” görüşü saat 20:00-da, “Levski” – “Sabah” matçı isə 22:00-da start götürəcək.

Seçilən
55
1
idmanxeber.az

2Mənbələr