"Tottenhem"in futbolçusu Ceyms Meddison əməliyyat keçirəcək. 

Offsideplus.az xəbər verir ki, futbolçu çarpaz bağlarından zədə alıb. O, 2025-26 mövsümünün böyük bir hissəsində yaşıl meydanlardan uzaq qalacaq. London təmsilçisi daha sonra oyunçunun zədə müddəti barədə məlumat verəcək. 

"Tottenhem" klubu Meddisonun boşluğunu doldurmaq üçün yeni futbolçu axtarışlarına başlayıb.