BAKI, 7 avqust. TELEQRAF
Zəngəzur dəhlizi açılacaq və Tramp marşrutu adlanacaq
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-də yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında paylaşım edib.
Jurnalistin sözlərinə görəABŞ ilə Ermənistan Respublikası sazişə görə Zəngəzur dəhlizi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu adlandırılacaq: "Bu layihə Ermənistanın cənub hissəsindən keçən bir marşrutun inşasını nəzərdə tutur. Sözügedən marşrut Azərbaycanın materik hissəsindən Naxçıvana maneəsiz kommersiya çıxışı təmin edəcək".
A, Raufoğlu ABŞ-ın Ermənistana qonşun göndərməyəcəyini də qeyd edib: "ABŞ bu marşruta qoşun göndərməyəcək, lakin onun təhlükəsiz istismarı üçün məsuliyyəti öz üzərinə götürəcək və bu məqsədlə birinci dərəcəli operatorlarla kommersiya razılaşmaları bağlayacaq".