Bakı. Trend:
Harvard Universitetinin alimləri müəyyən ediblər ki, Alzheimerxəstəliyindən əziyyət çəkən insanların beynindəki litium səviyyəsiəhəmiyyətli dərəcədə aşağıdır. Tədqiqat göstərir ki, bu maddəninbədəndə bərpa olunması idrak funksiyalarının yaxşılaşmasına köməkedə bilər.
Trend xəbər verirki, elmi araşdırmanın nəticələri “Nature” jurnalında dərcolunub.
Tədqiqat çərçivəsində alimlər 285 nəfər mərhumun beynində 27metalın miqdarını analiz ediblər. Onlardan 94-də Alzheimerxəstəliyi diaqnozu qoyulmuşdu, 58 nəfərdə isə yüngül idrakpozuntuları müşahidə olunmuşdu.
Qalan şəxslərdə ölüm zamanı demensiyaya dair heç bir əlamətqeydə alınmayıb. Məlum olub ki, Alzheimer xəstəliyi olan insanlardabeynin prefrontal qabığında litium səviyyəsi sağlam insanlarlamüqayisədə orta hesabla 36% aşağıdır. Yüngül idrak pozuntuları olanşəxslərdə isə bu göstərici təxminən 23% təşkil edir.
Litium çatışmazlığının davranışa necə təsir etdiyini yoxlamaqüçün alimlər Alzheimer simptomları olan genetik modifikasiyalısiçanlar üzərində eksperiment aparıblar. Onların rasionundakılitium miqdarının 92% azaldılması yaddaşın zəifləməsinə vəbeyindəki amiloid lövhəciklərinin sayının nəzarət qrupuna nisbətəntəxminən 2,5 dəfə artmasına səbəb olub.