AZ

Somalidə yüz minlərlə insan quraqlıqdan əziyyət çəkir – BMT

Somalinin mərkəzində və şimalında yüz minlərlə insan şiddətli quraqlıqdan zərər görüb.

Bakues.az “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə BMT Baş Katibinin sözçünün müavini Fərhan Haq açıqlama verib.

Haqın sözlərinə görə, ilkin hesabatlar ərzaq təhlükəsizliyinin pisləşdiyini, su və otlaqlara çıxışın azaldığını və dolanışıq vasitələrinin ciddi şəkildə pozulduğunu göstərir:

“BMT-nin yardım agentlikləri quyuların quruduğunu və 160-dan çox quyunun artıq işləmədiyini bildirib. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) apardığı təhlilin nəticələri göstərib ki, ölkənin 16 rayonunda 880 mindən çox insan ciddi ziyan çəkən ərazilərdə yaşayır. Otaranlar su və otlaq axtarmaq üçün sürüləri ilə başqa ərazilərə köç edirdilər. BMT-nin Somali üçün idarə etdiyi humanitar fond təcili həyat qurtaran ehtiyacları ödəmək üçün vəsait ayırmağa hazırlaşır.

Somali üçün 1,4 milyard dollarlıq Humanitar Ehtiyaclar və Cavab Planı cəmi 17 faiz maliyyələşdirilib ki, bu, 242 milyon dollar təşkil edir”.

Asim

Seçilən
47
icma.az

1Mənbələr