AZ

“Börnli” Lesli Uqoçukvu ilə gücləndi

“Börnli” 21 yaşlı fransalı dayaq yarımmüdafiəçisi Lesli Uqoçukvunu İngiltərənin digər klubu “Çelsi”dən tamhüquqlu əsasda heyətinə qatıb.

Arena.az bu barədə “Börnli”nin mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Uqoçukvunun yeni klubuna 28,7 milyon avro məbləğ müqabilində başa gəlib.

Lesli Uqoçukvu “Renn”in məzunudur. “Dayaqçı”, həmçinin “Çelsi” və “Sauthempton”da (icarə) çıxış edib.

Geridə qalmış mövsümdə Uqoçukvu “Sauthempton” üçün 31 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Lesli Uqoçukvu Fransanın U-17, U-18, U-19, U-20, U-21 və U-23 komandalarına cəlb edilib, “xoruzlar”ın əsas yığmasına isə çağırış almayıb.

Lesli Uqoçukvu futbolda heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı fransalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
25
arena.az

1Mənbələr