AZ

ŞOK AÇIQLAMA-"Distant təhsil qanunda var, amma reallıqda yoxdur"

"Təhsil haqqında qanunda distant tədris təhsilin bir forması olaraq tanınır. Lakin Azərbaycanda hazırda distant təhsil mövcud deyil. Təhsilin onlayn şəkildə həyata keçirilməsi və distant təhsilin tədris olunması bir-birindən tamamilə fərqli anlayışlardır".

Bu fikirləri News24.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. 

Onun sözlərinə görə, dünyanın təhsil sahəsi üzrə inkişaf edən ən aparıcı ölkələrində bu təhsil formasının tədrisi haqqında qanun çoxdan qəbul olunub:

"Hətta qonşu ölkə olan Rusiyada distant təhsil barəsində qanun 1990-cı illərin əvvəllərində qəbul edilib. Bir sözlə, bu tip təhsil formasının tədrisi üçün hüquqi normativ baza yaradılmalıdır.

Azərbaycanda isə bu təhsil forması yoxdur. Bu baxımdan biz müasir dövrün çağırışlarından geri qalırıq. Amma gec-tez bu çağırışlara bizim ölkə də qoşulacaq". 

Ekspert ali təhsil müəssisələrində distant təhsil üçün lazım olan addımların atılmadığını da deyib: “Bu, dünyada qəbul edilən və günü-gündən əhatəsi genişlənən təhsil alma formasıdır. Distant təhsilin ən böyük faydalarından biri də odur ki,  insanların artıq xərcləri çıxmadan təhsil almaq hüquqlarından istifadə edə bilirlər.

Bu təhsil formasının zərərli tərəfləri yoxdur. Məqsəd düzgün təhsil verməkdən ibarət olduqca, heç bir problem yoxdur".

Xeyrənsə Piriyeva


Seçilən
2
2
azia.az

3Mənbələr