AZ

Astarada balıqçı dənizdə boğularaq öldü

Astara rayon sakini dənizdə boğularaq ölüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Şahağacı kəndi ərazisində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü kənd sakini Xanoğlan Museyib oğlu Əsədullayev günorta saatlarında çimmək məqsədilə evlərinin yaxınlığındakı çimərliyə gedib. Bir qədər dərinə üzən X.Əsədullayev dənizdə boğularaq ölüb. Onun meyiti ətrafdakıların köməyi ilə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mərhumun bacısı Bəsti Əsədullayeva bildirib ki, qardaşı uzun illər peşəkar balıqçı kimi çalışıb və son günlər özünü halsız və taqətsiz hiss edirmiş.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə göndərilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılı

Seçilən
43
11
teleqraf.com

10Mənbələr