AZ

ABŞ “Patriot”un saxlanması və istehsalı üçün 50 milyard dollar ayıracaq

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu həm kritik ehtiyat hissələrinə, həm də tamamilə yeni batareyalara aiddir

ABŞ növbəti 20 il ərzində “Patriot” hava hücumundan müdafiə raket sistemlərinin saxlanması və potensial genişləndirilməsi üçün 50 milyard dollar ayıracaq. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə satınalma bildirişində qeyd edilib.

İlkin mərhələlərdən birinin 14 kritik komponentin, o cümlədən ixtisaslaşmış çap dövrə lövhələrinin və soyuducu ventilyatorların çatdırılması olacağı bildirilir. Onlar “Patriot” sistemlərinin gündəlik işləməsi üçün lazımdır.

Müqavilə üzrə əsas sifarişçi ABŞ ordusu və ABŞ Müdafiə Nazirliyinin “Patriot” sistemlərinə arxalanan digər strukturları olacaq. Onlar sifarişləri birbaşa maliyyələşdirəcəklər. Bu həm kritik ehtiyat hissələrinə, həm də tamamilə yeni batareyalara aiddir.

Qeyd edək ki, ötən həftə dünyanın ən böyük silah və aerokosmik sistemlər istehsalçısı olan “RTX Corporation” ilə 20 illik müqavilənin bağlandığı məlum olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
ayna.az

1Mənbələr