Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyununda ''Fənərbaxça'' Rotterdamda ''Feyenoord''un qonağı oldu.
"Football-plus.az" xəbər verir ki, oyun Joze Mourinyonun komandası üçün çətin başladı.
İlk yarıda rəqibindən aşkar üstün olan ''Feyenoord'' 19-cu dəqiqədə Kvinten Timberin vurduğu qol sayəsində fasiləyə minimal üstünlüklə yollandı. İkinci hissəni daha inamlı keçirən qonaqların hücumları 86-cı dəqiqədə bəhrəsini verdi. Sofyan Amrabat İstanbul nəhənginin yeni mövsümdə vurduğu ilk qolun müəllifi oldu. Amma ''Fənərbaxça'' qalan qısa müddətdə bərabərliyi qoruya bilmədi. Əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə Anis Hac Mussa meydan sahiblərinə qələbə qazandırdı.
Beləliklə, ''sarı-lacivərdlilər'' üçün mövsüm məğlubiyyətlə başladı. ''Fənər'' Niderland klublarına qarşı keçirdiyi 25-ci oyunda 12-ci məğlubiyyətlə üzləşdi (9 qələbə, 5 heç-heçə).
Qeyd edək ki, ''Fənər'' indiyə qədər təsnifat mərhələləri də daxil olmaqla avrokubokların pley-offunda səfərdə ilk oyunda məğlub olduğu 24 halın yalnız 1-də mərhələni adlayıb! Cavab oyunu avqustun 12-də keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta