AZ

Uşakov: "Görüş üçün hazırlıq görülür"

Uşakov bu barədə yerli mətbuataaçıqlamaverərkən diqqətə çatdırıb ki, liderlərin görüşünün reallaşması məqsədilə hazırda konkret işlər görülməkdədir. Onun sözlərinə əsasən, görüş üçün təklif Vaşinqtondan gəlib.

"Tədbirin gələn həftə ərzində keçirilməsi variantı nəzərdən keçirilib. Bu varianta müsbət yanaşırıq",- deyən köməki vurğulayıb ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof dünən Kremldə Vladimir Putinlə görüşərkən ABŞ, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşü təklifini irəli sürüb. Halbuki Moskva"ikitərəfli sammitin keçirilməsini daha məqbul sayaraq" bu təklifə şərh verməyib.
Tramp və Putin gələn həftə görüşə bilərlər

Britaniyanın "The Guardian" qəzeti, ABŞ-nin "The New York Times" qəzeti və "CNN" telekanalı kimi nüfuzlu media orqanları da, öz mənbələrinə istinadən, gələn həftə Donald Trampla Vladimir Putin arasında görüşün baş tuta biləcəyi məlumatını yayıb. Eyni zamanda,Donald Trampöz elçisinin Rusiyaya səfərini və apardığı danışıqları "Ukraynada müharibənin həlli istiqamətində "böyük irəliləyiş" adlandıraraq,bu xəbəri təsdiqləyib.

Hərçənd görüşün harada və nə vaxt keçiriləcəyi barədə hələlik rəsmi təfərrüat açıqlanmayıb. Belə bir görüş reallaşarsa, bu, sabiq prezident Co Bayden ilə Vladimir Putin arasında 2021-ci ilin 16 iyununda İsveçrənin Cenevrə şəhərində aparılmış danışıqların ardınca ilkABŞ-Rusiya liderlər sammiti kimi tarixə düşəcək.

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof dünən Moskvada Prezident Vladimir Putinlə görüşüb. Onlar mətbuata qapalı surətdətəqribən 3 saat söhbətləşiblər.Xüsusi nümayəndənin səfəri ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi "möhlət" fonunda baş tutur. Belə ki, Tramp Putinin qarşısında şərt qoyub: cümə günü möhlət başa çatdıqca o, Ukraynada atəşkəsə razılıq verməlidir, əks təqdirdə, Moskva ağır sanksiyalarla üzləşəcək.

Firudin Həmidli
AzVision.az
Seçilən
0
1
azvision.az

2Mənbələr