AZ

Türkiyə MN: Suriya ilə əldə edilmiş razılaşma yerinə yetirilmir

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“PKK terror təşkilatının Suriya qanadı SDQ ölkənin ərazi bütövlüyünü təhdid edir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

Sözçü SDQ ilə Suriya hökuməti arasında 2025-ci il martın 10-da imzalanan razılaşmanın həyata keçirilmədiyini bildirib:

“SDQ terror təşkilatının yerdə razılaşmaya uyğun hərəkət etmədiyini müşahidə edirik. Görünən odur ki, Suriyanın cənubundakı qarşıdurmalardan güc alan SDQ son zamanlar daha da səs-küy salmağa başlayıb”.

Aktürk SDQ-nin Mənbiç və Hələbdə Suriya hökumətinə qarşı hücumlarının ölkənin siyasi birliyi və ərazi bütövlüyünü təhdid etdiyini də vurğulayıb.

Türkiyənin bu proseslə bağlı mövqeyinin dəyişmədiyini qeyd edən nazirliyin rəsmi nümayəndəsi əlavə edib:

“Türkiyə Suriyanın siyasi birliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək. Bu baxımdan Suriya hökumətini terror təşkilatlarına qarşı mübarizəsində dəstəkləməyə və onun müdafiə və təhlükəsizlik imkanlarını artırmaq üçün tələb etdiyi təlim, məsləhət və texniki dəstəyi təmin etməyə davam edirik”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
7
sherg.az

10Mənbələr