Bakı, 7 avqust, AZƏRTAC
Almaniyanın "Ayntraxt" komandası heyətinə yeni futbolçu cəlb edib.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, Yaponiya millisinin hücumameyilli yarımmüdafiəçisi Ritsu Doan Frankfurt təmsilçisinə qoşulub.
27 yaşlı oyunçu ilə 2030-cu ilədək müqavilə imzalanıb.
Ritsu Doan son olaraq "Frayburq"da çıxış edib. O, bu komandanın heyətində 123 oyunda, 26 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.