AZ

Hamı burdadı, başlamaq olar!

Bu gün “Levski” ilə qarşılaşacaq “Sabah” istisna olmaqla Misli premyer-liqasının qalan iştirakçıları artıq vətəndədi. Toplanışı ölkə xaricində keçənlərdən “Neftçi” ilə “Turan Tovuz” da qayıdıb. Maraqlıdı ki, “ağ-qaralar” Polşada, “bozqurd” isə Türkiyədə qələbəyə həsrət qaldı.

Bizdə olan bilgiyə görə, mövsümlərarası yoldaşlıq oyunları da bitib. Daha dəqiqi, bu silsilədən sonuncu yoxlama oyunu bu gün saat 18.30-da Qəbələ şəhər stadionunda keçiriləcək. Şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edəcək.

Avqustun 9-da "Şamaxı" ilə "İmişli" də qarşılaşmalıydı. Lakin Aran təmsilçisinin baş məşqçisi Xorxe Kaskilya bu oyunun keçirilməsini istəməyib.

Xatırladaq ki, yeni futbol mövsümü avqustun 15-də start götürəcək.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
4
1
football-plus.az

2Mənbələr