Mövsümün sonunda “Sabah”dan ayrılan Namik Ələskərovun yeni klubu bəlli olub. 30 yaşlı yarımmüdafiəçi qarşıdakı “2+1” ildə “Zirə”nin uğurları üçün çalışacaq.
Son iki mövsümdə “Qarabağ”dan sonra ən çox xal toplayan “Zirə” avrokuboklarda mübarizəni erkən dayandırması azmışı kimi, yay “transfer pəncərəsi”ndə reallaşdırdığı transferlərlə futbol ictimaiyyətinin gözləntisini doğrultmur. Salifu Suma gedib, Rafael Utziq “sürgündədi”, bəs belə məqamda klub keyfiyyətli transferlər edirmi?
Namik “Zirə”yə nə fayda verəcək? Son iki mövsümdə “Sabah”ın ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən Ələskərov “Zirə”yə hansı faydanı verə bilər? Özü də belə uzun müddətə. Biz Namikin ortabab, yaxud debütant klublardan birinə transfer olunacağını gözləyirdik - performansı buna işarə idi. Görünür, meneceri Vaqif Heydərli futbolçudan daha qıvraqdı.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta