"Komo" ilə "Betis" arasında baş tutan yoldaşlıq oyununun ilk hissəsinin son anlarında kütləvi dava baş verib.
Publika.az xəbər verir ki, münaqişənin dəqiq səbəbi hələlik məlum olmasa da, meydanın mərkəzində Pablo Fornals və Maksimo Perrone üz-üzə gəlib. Onlar bir-birlərinin üz nahiyəsinə zərbə endiriblər. Bundan sonra hər iki komandanın futbolçuları meydana axışıb.
Davanın nəticəsi olaraq Fornals və Perrone qırmızı vərəqə alıb. Həmçinin Covanni Lo Çelso və Patrik Kutrone sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, oyun Kadisdə, La Linea de la Konsepsion bələdiyyə stadionunda keçirilib. "Komo" "Betis"i 3:2 hesabı ilə məğlub edib.