AZ

Nabran çimərliyi çirkab bataqlığında: Kanalizasiya sistemi niyə qurulmur?

Meşəlik əraziləri, dəniz havası və gözəl təbiəti ilə tanınan Nabranda hər il minlərlə yerli və xarici turist dincəlmək üçün müxtəlif sanatoriyalara, istirahət mərkəzlərinə və fərdi kotteclərə üz tutur.

Turizm axınına rəğmən, ərazidə uzun illərdir ki, nə mərkəzləşdirilmiş kanalizasiya sistemi qurulub, nə də tullantı sularının emalı üçün adekvat qurğular tikilib. Nəticədə tullantı sularının bir hissəsi ya torpağa, ya da birbaşa dənizə axıdılır. Bu isə dəniz suyunun çirklənməsinə səbəb olur və bölgənin turizm potensialını təhlükə altına alır.

İllərdir həll olunmayan kanalizasiya problemi həm yeraltı su ehtiyatlarını, həm də Xəzər dənizinin sahilboyu akvatoriyasını çirkləndirir.//Bizim.Media

Seçilən
8
5
hit.az

6Mənbələr