AZ

Google ABŞ universitetlərində süni intellekt təhsili üçün 1 milyard dollar ayırıb

Google ABŞ-nin ali təhsil müəssisələrinə və qeyri-kommersiya təşkilatlarına süni intellekt təhsili və alətləri təqdim etmək üçün illik 1 milyard dollar ayırdığını bildirib.

Missiya.Az "Reuters"ə istinadən xəbər verir ki, indiyədək 100-dən çox universitet, o cümlədən Texas A&M və Şimali Karolina Universiteti kimi ölkənin ən böyük dövlət universitet sistemləri də daxil olmaqla, bu təşəbbüsə qoşulub.

Həmçinin milyard dollarlıq rəqəmə Google-un kollec tələbələrinə pulsuz verəcəyi Gemini chatbotunun təkmil versiyası da daxildir.

İlahə QənbərliMissiya.Az

Seçilən
24
1
missiya.az

2Mənbələr