AZ

Xaçmazdakı konserv zavodunda şəffaf idarəçilik yoxdur: VƏTƏNDAŞ ŞİKAYƏTİ VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xaçmaz rayonunda yerləşən Qafqaz konserv zavodu ilə bağlı pomidor tədarük edən fermerlər və sürücülər narazılıq edirlər.

Avtosfer.az xəbər verir ki, onların sözlərinə görə, günlərlə növbədə qalmalarına baxmayaraq, zavod ya məhsulu qəbul etmir, ya da proses olduqca ləng aparılır.

“Artıq 4 gündür burada gözləyirik. Nə bizi içəri buraxırlar, nə də məhsulu qəbul edirlər. Sonra da deyirlər ki, pomidoru niyə tökürsünüz, niyə xarab olur. Biz nə edək?” – deyə şikayətçilərdən biri bildirir.

Fermerlər bildirirlər ki, əvvəllər zavodda türkiyəli mütəxəssislər çalışarkən işlər daha sistemli və şəffaf aparılırdı. Hazırkı vəziyyət isə həm maddi, həm də məhsul itkisinə səbəb olur.

Tədarükçülər problemin operativ həllini və məhsullarının vaxtında qəbul edilməsini istəyirlər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
avtosfer.az

1Mənbələr