AZ

Tayvan sahillərində 5,9 maqnitudalı zəlzələ olub

Tayvan adasının şərqində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Kilun şəhərindən 140 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 105 km dərinlikdə olub.

Ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Seçilən
93
4
report.az

7Mənbələr