AZ

Tramp və Putin gələn həftə görüşə bilərlər

Britaniyanın "The Guardian" qəzetiyazırki, bu barədə Ağ Evin rəsmi nümayəndələri məlumat yayıblar. Eyni zamanda, dünən Donald Tramp özü də jurnalistlərə müsahibəsində diqqətə çatdırıb ki, "tezliklə Ukrayna və Rusiya liderləri görüş ehtimalı var".

"Doğrudur, danışıqlarda hələ konkret irəliləyiş yoxdur, atəşkəs üçün ciddi maneələr qalmaqdadır, amma rəsmi Vaşinqton liderlərin mümkün görüşü üzərində, uzun müddətdir ki, işləyir",- qəzet yazır.

"The New York Times"qəzeti və"CNN"telekanalı da, öz mənbələrinə istinadən,gələn həftə ABŞ, Rusiya və Ukrayna prezidentlərinin üçtərəfli görüşününbaş tuta biləcəyini vurğulayır.

Hərçənd görüşün harada və nə vaxt keçiriləcəyi barədə hələlik rəsmi təfərrüat açıqlanmayıb. Belə bir görüş reallaşarsa, bu, sabiq prezident Co Bayden ilə Vladimir Putin arasında 2021-ci ilin 16 iyununda İsveçrənin Cenevrə şəhərində aparılmışdanışıqlarınardınca ilk ABŞ-Rusiya liderlər sammiti kimi tarixə düşəcək.
Vitkof Putinlə görüşüb | VİDEO | YENİLƏNİB

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof dünən Moskvada Prezident Vladimir Putinlə görüşüb. Onlar mətbuata qapalı surətdətəqribən 3 saat söhbətləşiblər.Xüsusi nümayəndənin səfəri ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi "möhlət" fonunda baş tutur. Belə ki, Tramp Putinin qarşısında şərt qoyub: cümə günü möhlət başa çatdıqca o, Ukraynada atəşkəsə razılıq verməlidir, əks təqdirdə, Moskva ağır sanksiyalarla üzləşəcək.

Eyni zamanda, Donald Tramp öz elçisinin səfərini vəapardığı danışıqları "Ukraynada müharibənin həlli istiqamətində "böyük irəliləyiş"adlandırıb.O, rusiyalı həmkarı ilə görüşmək niyyətini məhz bu açıqlamanın ardınca dilə gətirib.

Firudin Həmidli
AzVision.az
Seçilən
5
azvision.az

1Mənbələr