AZ

Taxta üzərində müxtəlif rəsmlər canlandıran 65 yaşlı İqbal Həsənəlizadə ilə FOTOREPORTAJ

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əslən Sumqayıtdan olan 65 yaşlı İqbal Həsənəlizadənin hələ uşaqlıqdan rəsmə böyük marağı olub.

Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirməsinə və müəllim işləməsinə baxmayaraq, rəssamlığa olan həvəsi heç vaxt ölməyib.

Onun sözlərinə görə, Coğrafiya fakültəsində oxuduğu üçün dünyanı və təbiəti həmişə özünəməxsus tərzdə sevib.

Onun taxta üzərində rəsm çəkməsi isə tamamilə təsadüf nəticəsində baş verib.

Belə ki, o, bir gün çərçivə sifariş etmək üçün dülgərin yanına gedib, bu zaman gözü təsadüfən yerdəki taxta parçalarına sataşıb.

Dülgərin taxta parçalarını istifadə etmədiyini öyrəndikdə isə onlardan bir neçəsini özü ilə evə gətirib. İqbal Həsənəlizadə taxtaları hamar edib ağartdıqdan sonra qələmlə üzərində rəsmlər çəkməyə başlayıb. Bu isə böyük maraqla qarşılanıb.

Beləliklə, bu sənəti davam etdirib və onu daha da təkmilləşdirib. O, müəyyən formalar verdiyi taxta parçaları üzərində əvvəl qələmlə, daha sonra akril boya ilə rəsmlərini canlandırır.

Onun yaradıcılığında daha çox xüsusi sevgi bəslədiyi İçərişəhərin rəsmləri yer alır. Bununla yanaşı, İqbal Həsənəlizadə rəsmlərində türk dünyasının tarixini, Azərbaycanın milli atributlarını və mədəniyyətini əks etdirməyi üstün tutur. Onun kətan üzərində çəkdiyi rəsmlər də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

PhotoStock.az İqbal Həsənəlizadənin hazırladığı rəsmlərdən fotoreportajı təqdim edir:

Daha çox foto burada: PhotoStock.az.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
7
oxu.az

1Mənbələr