AZ

Şəmkirdə 7 nəfərin öldüyü qəzada hər iki nəqliyyat vasitəsinin buraxılış sənədləri olmayıb - RƏSMİ

Şəmkir rayonu ərazisində baş verən qəzada iştirak edən hər iki nəqliyyat vasitəsinin daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı "Mercedes-Bens" markalı "Sprinter" mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.

Həmçinin, məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb:

"Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq reysqabağı texniki müayinə, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".

Qeyd edək ki, Şəmkirdə ağır yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb.

Seçilən
24
38
day.az

10Mənbələr