AZ

Yeni tədris ilində məktəb avtobusları fəaliyyətə başlayacaq? - RƏSMİ

Bakı. Trend:

Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilotolaraq tətbiqi ilə bağlı ilkin layihə hazırlanır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və TəhsilNazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı”na əsasən ümumi təhsil və məktəbəqədər təhsilmüəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınmasıməqsədilə “məktəb avtobusları”ndan istifadənin təşkili nəzərdətutulur.

"Məktəb avtobuslarının Bakı şəhərində müəyyən məktəblərdə pilotolaraq tətbiqi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsalİnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyitərəfindən ilkin layihə hazırlanır", - deyə məlumatda qeydedilib.

Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev bir neçə ayəvvəl jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, növbətitədris ilindən məktəb avtobuslarının fəaliyyətə başlamasıplanlaşdırılır.

"Bununla bağlı bəzi layihələr hazırlanıb. Hətta deyə bilərəm ki,bəzi məktəblərdə prosesi ölçmək və qiymətləndirmək baxımındandizayn olaraq həyata keçiririk. Növbəti tədris ilində artıqməktəbli avtobuslarının fəaliyyətə başlaması planlaşdırılır. Bu,əhalinin, tıxacın daha çox olduğu yerlərdə təşkil ediləcək", - deyəo əlavə etmişdi.

Seçilən
29
13
az.trend.az

10Mənbələr