AZ

ABŞ Taylandla Kamboca arasında atəşkəsə riayət olunmasına nəzarət edəcək

Bakı. Trend:

ABŞ-nin Malayziyadakı səfiri Edqard Kaqan Vaşinqtonun Tayland vəKamboca sərhədində atəşkəs rejiminə riayət olunmasına aktiv şəkildənəzarət etmək niyyətini təsdiqləyib.

Trend xəbər verirki, bu barədə onun Kambocanın müdafiə naziri Tea Seyxlə görüşününyekunlarına dair Kamboca İnformasiya Nazirliyinin yaydığı məlumatdadeyilir.

Kaqan ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş vəASEAN-ın hazırkı sədri qismində Malayziya tərəfindən dəstəklənmişatəşkəslə bağlı təşəbbüsə Birləşmiş Ştatların qətiyyətli dəstəyinitəsdiqləyib.

Qeyd edək ki, silahlı toqquşmalar iyulun 24-ü səhər saatlarındaKamboca–Tayland sərhədi boyunca, Oddar-Meançey vilayətindəkimübahisəli sərhəd zonası yaxınlığında baş verib. Tayland SilahlıQüvvələrinin məlumatına görə, Kamboca qüvvələrinin ağır silahlardanistifadə etməsinə cavab olaraq onların mövqelərinə zərbələrendirmək üçün qırıcı təyyarələr cəlb olunub. Kamboca MüdafiəNazirliyi isə bildirib ki, ordu Tayland qoşunlarının müdaxiləsinəcavab olaraq özünümüdafiə çərçivəsində hərəkət edir.

Malayziya hökumətinin başçısı iyulun 28-də Taylandın başnazirinin vəzifəsini icra edən Phumtam Veçayaçayla Kamboca NazirlərKabinetinin rəhbəri Hun Manetin Kuala-Lumpurda keçirdiyidanışıqlardan sonra Asiya ölkələri arasında atəşkəsin əldəolunduğunu elan edib. Atəşkəs iyulun 29-u saat 00:00-da (Bakı vaxtıilə 28 iyul saat 20:00-da) qüvvəyə minib.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr