AZ

Vəkillər məhkumlara hüquqi yardım göstəriblər

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 7 avqust, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası (VK) arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında pulsuz hüquqi yardım və maarifləndirmə işi davam etdirilir.

Bu barədə AZƏRTAC-a VK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə və Şəki Regional Vəkil Bürolarının vəkilləri tərəfindən 2 saylı istintaq təcridxanasında və Şəki penitensiar müəssisəsində məhkum və həbs edilmiş şəxslər üçün hüquqi yardım göstərilib.

Ümumilikdə 40-a yaxın şəxsə müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
1
azertag.az

2Mənbələr