AZ

Moskva Cənubi Qafqazı itirə bilər - Pinçuk

Cənubi Qafqaz gündəminə nəzarətin yoxluğu Rusiya üçün uzunmüddətli nəticələrə səbəb olacaq.

Yenisabah.az xəbər verir ki, bu fikri "Tsarqrad"ın siyasi müşahidəçisi Andrey Pinçuk deyib.

Onun sözlərinə görə, Türkiyə uzun müddətdir ki, Azərbaycanın əsas ərazisini Naxçıvanla, daha sonra isə Türkiyə ilə birləşdirməli olan Zəngəzur dəhlizi ideyasını irəli sürür. pizza mizza

Pinçuk bildirib ki, ərazisi ilə müvafiq dəhliz yaradılması istənilən Ermənistan KTMT-də formal olaraq müttəfiq olaraq qalır, faktiki olaraq isə gündəmdən, Rusiya Federasiyasının dəstəyi olmaqdan çıxmış vəziyyətə düşüb:

"Moskva Cənubi Qafqaz gündəminə nəzarəti bərpa etməsə, bunun nəticələri uzunmüddətli olacaq. Bu, təkcə Yerevana və ya Bakıya təsirini itirmək deyil. Bu, ABŞ, Böyük Britaniya və Türkiyə kimi anti-Rusiya oriyentasiyasını gizlətməyən oyunçuların regiona keçməsinə imkan verir".


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr