ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 avqust, AZƏRTAC
İspaniyanın “Betis” və İtaliyanın “Komо” klubları arasında keçirilən yoxlama matçı zamanı futbolçular arasında kütləvi dava düşüb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, əvvəlcə “Betis”in yarımmüdafiəçisi Pablo Fornals rəqib komandanın oyunçusu Maksimo Perroneyə sillə vurub. Argentinalı futbolçu isə rəqibinə yumruqla cavab verib.
Hadisənin böyüməsi ilə digər futbolçular və texniki heyət də münaqişəyə qarışıb. Nəticədə meydanda qısa müddətli kütləvi dava baş verib.
Bir neçə dəqiqəlik fasilədən sonra baş hakim davaya səbəb olan hər iki futbolçunu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıb.
Qeyd edək ki, qarşılaşma “Komо”nun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.