AZ

Yuxusuzluq, stress, yaddaş pozğunluğu? - Bu 5 maqneziumdan biri sizi xilas edə bilər

Maqnezium insan orqanizmində bir çox həyati funksiyanı tənzimləyən vacib minerallardan biridir. O, sağlam əzələ və sinir fəaliyyəti, sümük möhkəmliyi, qan şəkərinin tənzimlənməsi və iltihabın azaldılmasında mühüm rol oynayır.

Ərzaqlarla qəbul edilən maqnezium bəzən gündəlik ehtiyacları qarşılamaya bilər. Bu səbəbdən maqnezium əlavələrindən istifadə etmək faydalı sayılır. Amma bazarda müxtəlif növ maqnezium əlavələri mövcuddur və onların hər birinin fərqli faydaları var.

1. Maqnezium Sitrat - Maqnezium sitrat ən çox istifadə olunan maqnezium əlavələrindən biridir. Sitrat turşusu ilə birləşdirilən bu forma orqanizm tərəfindən asanlıqla sorulur. Əsasən qəbizlik və həzm problemləri yaşayan şəxslərə tövsiyə olunur. Təbii işlədici kimi fəaliyyət göstərsə də, gecə saatlarında qəbul edilməsi yuxunu poza bilər. pizza

2. Maqnezium Glisinat - Maqnezium glisinat (digər adı ilə bisglisinat) – maqneziumun glisin adlı amin turşusu ilə birləşməsidir. Həzmə rahat təsir etdiyi və mədə üçün zərərsiz olduğu üçün daha çox üstünlük verilir. Bu növ stressin azaldılması, daha keyfiyyətli yuxu və ümumi sakitlik üçün təsirli hesab olunur.

3. Maqnezium Malat - Tərkibində təbii olaraq meyvələrdə, xüsusən də almada rast gəlinən malik turşusu olan maqnezium malat enerji verici xüsusiyyətə malikdir. Fibromialgiya və daimi yorğunluqdan əziyyət çəkənlər üçün bu növ tövsiyə edilir. Müntəzəm istifadə üçün uyğundur və işlədici təsiri minimum səviyyədədir.

4. Maqnezium L-treonat - Ən müasir əlavələrdən sayılır və xüsusilə beyin üçün faydaları ilə seçilir. Bu forma qan-beyin baryerini keçə bildiyi üçün yaddaşı, öyrənmə qabiliyyətini və diqqəti yaxşılaşdırır. Zehni dəstəkləyən bu əlavəni tələbələr və yaddaş pozğunluqları yaşayan şəxslər üçün ideal seçim hesab etmək olar.

5. Maqnezium Oksid - Ən ucuz və əlçatan maqnezium növlərindən biridir. Lakin orqanizm onu yaxşı mənimsəmir. Bu səbəbdən daha çox qəbizliyin qısa müddətli müalicəsi üçün istifadə olunur. Ümumi maqnezium ehtiyacının ödənilməsi üçün sitrat və ya glisinat daha təsirlidir.

Hər maqnezium növü fərqli ehtiyaclara cavab verir. Həzm problemi yaşayanlar üçün maqnezium sitrat və ya oksid, yuxu və sakitlik axtaranlar üçün glisinat, əzələ ağrıları və yorğunluqla mübarizə aparanlar üçün malat, zehni fəaliyyətini artırmaq istəyənlər üçün isə L-treonat tövsiyə edilir.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
2
yenisabah.az

1Mənbələr