AZ

Yeddi nəfərin öldüyü qəzada maşınların buraxılış sənədləri olmayıb

AzVision.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı "Mercedes-Bens" markalı “Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib.

Həmçinin, məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb:

"Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq reysqabağı texniki müayinə, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır".

Qeyd edək ki, avqustun 7-də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

AzVision.az

Seçilən
2
38
azvision.az

10Mənbələr