ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın qərbində, Rostov vilayətində yerli sakinlər internetə qoşula, kart aça, maaş köçürə və ya digər xidmətlərdən istifadə edə bilmirlər. Rusiya hakimiyyəti bunun ciddi səbəblərinin olduğunu bildirir.
Məlumdur ki, avqustun 5-də Ukraynaya məxsus PUA-lar bir gecədə Rostov şəhərinin əsas dəmiryol qovşaqlarından birinə ikinci dəfə hücum edərək, hərbçilər üçün logistika mərkəzində neft daşınması üçün istifadə olunan avadanlıqları sıradan çıxarıb.
Qeyd olunur ki, mobil internet şəbəkələri olmadan dronlar öz hədəflərinə çatmaq üçün lazım olan məlumatları tapa bilmir, ona görə də indi Rusiya sadəcə olaraq interneti bağlayır. Lakin bir çox PUA-lar internet olmadan da avtonom şəkildə hədəfləri vura bilir.
Bu arada The Telegraph yazıb ki, Rusiya hakimiyyəti may ayından başlayaraq, mobil internet şəbəkələrini daha tez-tez kəsməyə başlayıb və bunu təkcə Ukrayna ilə həmsərhəd bölgələrdə deyil, həm də cəbhə xəttindən 6 min kilometrdən çox məsafədə belə edir.
Müstəqil rəqəmsal monitorinq layihəsi “Na Svyazi”nin məlumatına görə, təkcə iyul ayında Rusiya Federasiyasında 2099 internet kəsilməsi halı qeydə alınıb ki, bu da iyun ayı ilə müqayisədə 3 dəfə, may ayı ilə müqayisədə isə 30 dəfə çoxdur.Bunun rəsmi səbəbi Ukrayna pilotsuz təyyarələrinin hücumlarına qarşı mübarizə olsa da, ekspertlər hesab edir ki, bu, həm də insanların internet azadlığını məhdudlaşdırmaq və əhali üzərində nəzarəti gücləndirmək üçün edilir.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.