AZ

Ermənistan hökuməti ehtiyatda olan hərbçilər üçün təlim məşğələlərini TƏSDİQLƏDİ

Ermənistan hökuməti ehtiyatda olan 1-ci qrupdakı hərbçilər üçün təlim məşğələlərini təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, Ermənistan hökuməti ehtiyatda olan 1-ci qrupdakı çağırışçılar üçün təlim məşğələlərini təsdiqləyib. Təlim toplantısı 2025-ci il sentyabrın 15-dən dekabrın 15-dək keçiriləcək.

Qərarda qeyd edildiyi kimi, təlim məşğələlərinin keçirilməsində məqsəd sıravi, çavuş və ehtiyatda olan zabitlərin hərbi vərdişlərinin təkmilləşdirilməsi və peşə hazırlığı səviyyəsinin yüksəldilməsidir.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
86
interpress.az

1Mənbələr