“Sabah” heyətini amerikalı basketbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
David Nikolsla 2 illik müqavilə imzalanıb.
2024/2025 mövsümündə Macarıstanın “Alba Fehervar” basketbol klubunda oynayan David həm FIBA Avropa kuboku, həm də Macarıstan çempionatında çıxış edib.
1996-cı il martın 26-da ABŞ-də anadan olan David Nikols 183 sm boya malikdir. Karyerasına ABŞ-ın nüfuzlu universitet komandalarında başlayan oyun qurucusu “Albany Great Danes” və “Florida State Seminoles” komandalarında stabil çıxışı ilə yadda qalıb.
2024-cü ilin yayında “Alba Fehervar” ilə müqavilə imzalayan Nikols debüt mövsümündə komandanın liderlərindən birinə çevrilib. Son olaraq Türkiyənin “Yalovaspor” klubunda çıxış edib.