AZ

“Bizim bundan başqa heç nəyə gücümüz çatmır” - Mustafa Kamal oyunu niyə stadiondan şərh edə bilmədi?

“Qarabağ”ın “Şkendiya” ilə səfər oyununun yayınında ciddi problemlər oldu.

“CBC Sport”un şərhçisi Mustafa Kamalın Şimali Makedoniyaya yollandığı bəlli idi. Lakin Ramiz Mirzəzadə oyunu studiodan şərh etdi. Bunun səbəbini telekanalın baş redaktoru Şəmsəddin Abbasovdan soruşduq:
“Əvvəldən sifarişimizi verib, ödənişimizi edib, şərhçimizi göndərmişdik. Oyuna bir saat qalmış Şimali Makedoniyadan bizə bildirdilər ki, problem yaşanır. Biz də ehtiyat variant kimi Ramiz Mirzəzadəni studiyaya göndərdik. Çox heyif, Mustafa Kamal yerindən şərh edə bilmədi. İkinci hissəsənin əvvəlində də çalışdıq, alınmadı. Şərhçi ilə bağlı problem və yayın keyfiyyəti bizi narazı saldı. Bizim bundan başqa heç nəyə gücümüz çatmır. Yayına yayınçı telekanal cavabdehdi. Onu deyə bilərəm ki, Bakıdakı oyunda belə problem yaşanmayacaq. Peşəkar heyətimiz var. Tamaşaçılar kimi biz də narazı qaldıq və üzüldük”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
0
1
football-plus.az

2Mənbələr