AZ

Bu qidaları yeyənlər şir kimi nərildəyir

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Cinsi aktivlik insan sağlamlığının vacib göstəricilərindən biri sayılır. Bəzi təbii qidalar libidonu yüksəldə və cinsi sağlamlığa müsbət təsir göstərə bilər. Sağlam həyat tərzi və düzgün qidalanma bu sahədə də öz təsirini göstərir.

Milli.Az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, müəyyən qidalar hormonların tarazlığını qoruyur, qan dövranını gücləndirir və enerji səviyyəsini artıraraq cinsi istəyi yüksəldə bilər.

Tünd Şokolad

Tünd şokolad serotonin və dopamin səviyyəsini artıraraq əhvalı yaxşılaşdırır. Eyni zamanda antioksidantlarla zəngin olduğu üçün qan dövranını stimullaşdırır - bu isə cinsi performansa müsbət təsir edir.

Avokado

E vitamini, sağlam yağlar və fol turşusu ilə zəngin olan avokado ürək-damar sisteminə faydalıdır. Daha yaxşı qan dövranı isə həm qadınlarda, həm də kişilərdə libidoya dəstək verir.

Dəniz məhsulları - xüsusilə istridyə

Sinklə zəngin olan istridyə testosteron səviyyəsini artırmaqla cinsi istəyin yüksəlməsində mühüm rol oynayır. Dəniz məhsulları ümumilikdə enerji və dözümlülüyü artırır.

Giləmeyvələr

Çiyələk, böyürtkən və yaban mersini qan damarlarını qoruyur və azot oksidi istehsalını artırır, bu da cinsi fəaliyyət zamanı daha güclü reaksiya deməkdir.

Acı bibər

Metabolizmanı sürətləndirən acı bibər eyni zamanda endorfin ifrazını artırır. Qan damarlarını genişləndirərək daha güclü qan axını təmin edir.

Qoz və badam

Bu qidalar arginin adlı amin turşusu ilə zəngindir. Arginin damarları genişləndirən azot oksidinin istehsalını stimullaşdırır, bu da daha yaxşı qan dövranı və cinsi funksiyanın dəstəklənməsi deməkdir.

Su və rütubətli qidalar

Susuzluq bədəndə yorğunluğa və libidonun azalmasına səbəb ola bilər. Kafi miqdarda su içmək və qarpız kimi su tərkibli meyvələr qəbul etmək cinsi aktivliyə müsbət təsir göstərir.

Dietoloq və sağlamlıq mütəxəssisləri qeyd edirlər ki, bu qidalar tək başına "möcüzə" yaratmasa da, balanslı şəkildə həyat tərzinə daxil edildikdə, cinsi sağlamlığı dəstəkləyən mühüm faktorlardandır. Onlar eyni zamanda stressi azaltmağı, fiziki aktivliyi artırmağı və düzgün yuxunu da vacib sayırlar.

Cinsi aktivliyin artırılması üçün xüsusi dərmanlara yönəlmək əvəzinə, təbii və balanslı qidalanma ilə də bu sahədə irəliləyiş əldə etmək mümkündür. Sadəcə düzgün seçim etmək kifayətdir!

Kənan

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
news.milli.az

3Mənbələr