AZ

Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Zirə kəndinin bəzi hissələrində təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

XəzərNews.az xəbər verir ki, buna səbəb Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində bu gün təmir-bərpa işləri aparılmasıdır.

Saat 10:00-dan saat 12:00-dək Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər 2 dəfə oxunub.
Seçilən
2
27
xezernews.az

10Mənbələr