AZ

Hindistandan Trampa etiraz: Bu tariflər ədalətsiz və əsassızdır!


Hindistan höküməti ABŞ Prezidenti Donald Trampın son tarif qərarını tənqid edib. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi bəyanat yayıb. SİTAT: "Bizim idxalımız bazara əsaslanır və Hindistanın 1,4 milyard əhalisinin enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilir.
Buna görə də, ABŞ-ın bir sıra digər ölkələrin də öz milli maraqlarına uyğun olaraq həyata keçirdiyi tədbirlərə görə Hindistana əlavə tariflər tətbiq etmək qərarına gəlməsi son dərəcə məyusedicidir." Hindistan XİN ABŞ-ın tariflərinin ədalətsiz və əsassız olduğunu, bütün lazımi tədbirlərin görüləcəyini bildirib.

Mətləb Salahov

Seçilən
27
1
baki-xeber.com

3Mənbələr