AZ

“United Airlines” bütün uçuşları dayandırdı

Amerikan hava yolu şirkəti “United Airlines”, yaşanan bir “texnoloji problemi” səbəbilə ABŞ üzrə bütün əsas uçuşlarını dayandırdığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, şirkətin əsas reysləri üçün uçuşların başlandığı nöqtələrdə müvəqqəti dayandırılma qərarı verilib.

Federal Aviasiya Administrasiyasının (FAA) rəsmi saytında yer alan məlumata görə, bu vəziyyət Çikaqo, Denver, Hyuston, San-Fransisko və Nyu-Cersi kimi böyük hava limanlarında gecikmələrə səbəb olub. “United Airlines”in “CBS News”a verdiyi açıqlamada, “Bu problemi həll etməyə çalışarkən bu axşam əlavə gecikmələr yaşanacağını gözləyirik”, - deyib.

Şirkət əlavə edib ki, təhlükəsizlik bizim üçün prioritetdir: 

“Sərnişinlərimizi təyinat nöqtələrinə çatdırmaq üçün çalışırıq”.“United Airlines” hazırda havada olan reyslərin təyinat nöqtələrinə uçmağa davam edəcəyini bildirib. Şirkət həmçinin qeyd edib ki, regional uçuşlar birbaşa təsirlənməsə də, yerüstü nəqliyyat səbəbilə gecikmələr yaşana bilər.

Uçuşları izləyən “FlightAware” saytının məlumatına görə, ABŞ şərq vaxtı ilə saat 21:00-a olan vəziyyətə əsasən, 700-dən çox “United Airlines” reysi gecikmə ilə üzləşib. Şirkətdən hələlik əlavə açıqlama verilməyib.

Seçilən
25
cebheinfo.az

1Mənbələr