Bakıda qaz təchizatında müvəqqəti fasilə olacaq.
BAKU.WS "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, 7 avqust saat 10:00-dan etibarən Yasamal rayonunun M.Seyidov küçəsində yeni qaz kəmərinin şəbəkəyə qoşulması ilə bağlı aparılacaq işlər səbəbindən qaz verilişi müvəqqəti dayandırılacaq.
Qaz təchizatı aşağıdakı küçələrin bir hissəsində kəsiləcək:
•M.Seyidov
• A.Abbasov
• A.M.Şərifzadə
• H.Zərdabi
Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.