AZ

Bakıda AĞIR QƏZA - 6 nəfər xəstəxanaya yerləşdirilib

06.08.2025-ci il tarixində saat 17:30 radələrində Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Far.Az-in sorğusubna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub: 

"Müxtəlif bədən xəsarətləri alan 6 nəfər  (4-ü kişi, 2-si qadın cinsli olmaqla) Sabunuçu Tibb Mərkəzinə hospitalizasiya olunublar".

***06.08.2025, saat 17:53

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub. 

Bildirilir ki, qəza bu gün Qala yolunda qeydə alınıb.

Hadisə şahidinin sözlərinə görə, qəza zamanı avtobus, "Ford Transit" markalı maşın və "Range Rover" toqquşub. Nəticədə xəsarət alanların olduğu deyilir. Hadisə yerindən kadrları təqdim edirik:

Banu Hüseynli

Seçilən
17
1
far.az

2Mənbələr