AZ

Çoxlu alma və pomidor yedikdə ağciyərlər tez bərpa olunur

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Amerikalı həkimlər müntəzəm olaraq çoxlu alma və pomidor yeyən keçmiş siqaret çəkənlərin ağciyər funksiyalarının daha tez bərpa olunduğunu təsdiqləyən on illik tədqiqatın nəticələrini dərc ediblər.

Bərpa tempində əsas fərqlər gündə ən azı iki pomidor və üçdən çox meyvə yeyənlərdə görünür. Eyni zamanda, alimlər konservləşdirilmiş və termik emal olunmuş məhsulların ağciyərlərə demək olar ki, müsbət təsir göstərmədiyini müəyyən ediblər.

Hətta heç vaxt siqaret çəkməyən insanlarda alma və pomidor ağciyər funksiyasının yaşla əlaqədar azalmasını ləngidə bilər. Araşdırmanın nəticələri “European Respiratory Journal”da dərc olunub.

Araşdırmada üç Avropa ölkəsinin 680 sakini iştirak edib.

Mütəxəssislərin fikrincə, müsbət təsir pomidor və meyvələrdə olan antioksidantlarla izah olunur: qeyri-müntəzəm istehlak təqdirdə onlar sağlamlığa praktiki olaraq heç bir təsir göstərmir, lakin sistematik və uzunmüddətli qəbul edildikdə tənəffüs sisteminin yaşla bağlı patologiyalarının inkişafını əhəmiyyətli dərəcədə ləngidir və hətta əvvəlki siqaret çəkməyin zərərini azaltmağa kömək edir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
4
azpost.info

5Mənbələr