"Real Madrid"in mərkəz müdafiəçisi David Alaba yay transfer pəncərəsində klubdan ayrılmayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" İspaniyanın "Diario AS" nəşrinə istinadən xəbər verir ki, son zamanlar futbolçunun mümkün gedişi ilə bağlı yayılan söz-söhbətlərə baxmayaraq, 33 yaşlı avstriyalı müdafiəçi "Kral Klubu"nda qalmağa qərar verib.
Alabanın zədə problemi və oyun praktikasının azalması onun komandadan ayrılması ilə bağlı iddiaları gücləndirmişdi. Lakin o, mövcud müqaviləsinin son mövsümünü də "Real Madrid"də keçirmək niyyətindədir.
Qeyd edək ki, David Alaba 2021-ci ildə "Bavariya"dan Madrid təmsilçisinə transfer olunub. O, ötən mövsüm çarpaz bağ zədəsi səbəbilə uzun müddət yaşıl meydanlardan uzaq qalıb və cəmi 14 oyunda iştirak edib.