ain.az, Milli.az saytına istinadən bildirir.
Türkiyənin Aydın vilayətinin Efeler rayonunda 20 yaşlı universitet tələbəsi Teslime Hanedan meşə yolunda başından güllə ilə vurulmuş halda ölü tapılıb.
Milli.Az xəbər verir ki, ilkin məlumata görə, hadisə gecə saatlarında Kalfaköy məhəlləsi yaxınlığında baş verib. 112 Təcili Yardım Xəttinə bir qadının başından güllə yarası alması barədə məlumat daxil olduqdan sonra əraziyə polis, jandarma və tibb qrupları cəlb olunub. Hadisə yerinə gələn təcili tibbi yardım işçiləri gənc qadının həyatını itirdiyini müəyyən ediblər.
Polis araşdırmalar zamanı hadisənin baş verdiyi ərazidə bir ədəd tapança aşkarlayıb və hadisə yerini nəzarətə götürüb. Teslime Hanedanın sevgilisi E.F. qətldə əsas şübhəli qismində hadisə yerində saxlanılıb.
Hadisənin baş verdiyi vaxt E.F.-nin və Teslime Hanedanın taksi ilə əraziyə gəldikləri, daha sonra iki qadın və iki kişinin də onlara qoşulduğu bildirilir. Hadisə şahidlərinin dediyinə görə, silah səslərindən sonra Teslime yerə yıxılıb.
İstintaq çərçivəsində hadisə zamanı ərazidə olan dörd nəfər şahid - iki qadın və iki kişi - polis bölməsinə aparılıb və onların ifadələri alınır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmaları davam etdirilir.
Fidan
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.