Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, Ağstafa-Köçəsgər magistral yolunun 23-cü kilometrliyində 1969-cu il təvəllüdlü Murtuz Abbasov “Kia Sorento” markalı avtomobillə piyada 1995-ci il təvəllüdlü Tağıyeva Rüfanə Ələsgər qızını vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı Ağstafa RPŞ-nin İstintaq Bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
"Cebheinfo.az"