AZ

BBC: "HƏMAS-ın gizli pul ehtiyatı var"

Britaniyanın "BBC" telekanalı məsələni aydınlaşdırmaq üçün 3 HƏMAS muzdlusu ilədanışıb.Onlar bildiriblər ki, hər birinəson həftə ərzində 1000 şekel(300 dollar) məvacib ödənilib. Hər 10 həftədə isə müharibədən qabaqkı maaşlarının təqribən 1/5-ni birini ala bilirlər.

"Terror qruplaşması 7 oktyabr 2023-cü ildə müharibəni başladan hücumu həyata keçirməzdən əvvəl öz tunellərinə təqribən700 milyon dollarnağd pul yığıb",– HƏMAS-ın telekanala danışan ali nümayəndəsi vurğulayıb.

Muzdlular söyləyirlər ki, qruplaşmada maaş paylayan şəxslər İsrail tərəfindən hədəfə alındıqları üçün bu işin icrasında gizli üsul tapıblar. Belə ki, özlərinin və ya həyat yoldaşlarının telefonlarına şifrəli mesajlar gəlir,onları müəyyən vaxt və yerdə "çay içməyə" çağırırlar.Həmin görüş əsnasında içində pulla dolu zərfləri onlara təhvil verirlər.
İrandan "Hizbullah"a pul köçürən şirkət rəhbəri öldürülüb

BBC-nin topladığı məlumata əsasən, HƏMAS daha çox gəlir götürməkdən ötrü alverçilərdən vergi istəyir, həmçinin siqareti müharibədən qabaqkı qiymətindən100 qat baha satır.Bu və digəretiraflar terrorçuların Qəzza zolağına göndərilən humanitar yardımı taladıqlarına, onları qara bazarda satdıqlarına dair İsrail tərəfinin iddiasını təsdiqləyir.Qəzza sakinləri arasında terrorçulara qarşı qəzəb, beləliklə, günbəgün artır. Hərçənd HƏMAS da, BMT də Qəzza zolağında sistematik talan hadisələrinin baş verməsi ilə razılaşmır.

Firudin Həmidli
AzVision.az
Seçilən
4
3
azvision.az

4Mənbələr