AZ

"Karvan-Yevlax" portuqaliyalı futbolçu transfer etdi

"Karvan-Yevlax" komandası növbəti transferini həyata keçirib.
 
Moderator.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bölgə təmsilçisi Vitor Roxanı heyətinə qatıb.
 
Portuqaliyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
 
29 yaşlı futbolçu son olaraq ölkəsinin “Sanxoanense” klubunda forma geyinib.
 
Qeyd edək ki, "Karvan-Yevlax" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.
Seçilən
51
1
moderator.az

2Mənbələr