UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üzrə "Sabah" bu gün Bolqarıstan səfərindədir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakı vaxtı ilə saat 22:00-da "Levski" ilə üz-üzə gələcək.

"Sabah" əvvəlki raundda "Petrokub"u, "Levski" isə "Braqa"ya uduzaraq Masazır komandasına rəqib olub.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək. Cütün qalibi pley-offda AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə görüşəcək.

UEFA Konfrans Liqası, III təsnifat mərhələsi

İlk oyun

22:00 "Levski" (Sofiya) - "Sabah"

Baş hakim: Duye Strukan

Georgi Asparuhov stadionu