AZ

Bakı-Sumqayıt qatarı gecikir – Bu səbəbə görə...

  Bu gün səhər saatlarında Sumqayıt-Pirşağı-Bakı istiqamətində hərəkət etməli olan qatarın qrafikdən kənara çıxması sərnişinlərin narahatlığına səbəb olub.

Referans xəbər verir ki, 09:15-də yola düşməsi planlaşdırılan elektrik qatarı təxminən yarım saat gecikmə ilə hərəkət edəcək. Bu barədə məlumatı stansiya əməkdaşları veriblər.

Əməkdaşların bildirdiyinə görə, gecikməyə səbəb Keşlə stansiyası ərazisində dəmir yol xəttində aparılan təmir-bərpa işləridir. Hazırda sahədə işlər davam etdirilir və sərnişinlərə səbrli olmaları tövsiyə olunur.

Qeyd edək ki, Bakı-Sumqayıt sərnişin qatarları gündəlik olaraq minlərlə vətəndaşın nəqliyyat ehtiyacını qarşılayır. Bu cür gecikmələr isə xüsusilə səhər saatlarında sərnişin sıxlığının artmasına səbəb olur.(Musavat.com)

Seçilən
82
2
referans.az

3Mənbələr