AZ

Şəmkirdə 7 nəfərin öldüyü qəzanın səbəbi BƏLLİ OLDU

Bakı–Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində - Dəllər-Cəyir kəndində baş verən ağır qəzanın səbəbi ilə bağlı ilkin ehtimallar məlum olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, ilkin versiya kimi "Mercedes Sprinter" markalı avtomobilin sürücüsü 1966-ci il təvəllüdlü Arif Bağırovun sükan arxasında ürək tutmasından dünyasını dəyişməsi göstərilir.

Qeyd edək ki, qəza nəticəsində 7 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
116
bizim.media

1Mənbələr